2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası büdcəsinə 17,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% və ya 1,2 milyon manat çoxdur.
Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsaəsn xəbər verir ki, qeyri-dövlət sektoru daxilolmalarda öncül rol oynayıb: bu sektordan büdcəyə 13,7 milyon manat vergi daxil olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyon manat və ya 22,3% artım müşahidə olunub. Ödənilən vergilərin 77,8%-i qeyri-dövlət sektoruna, 22,2%-i isə dövlət sektoruna düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 235,9 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az
