Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb.
Finss.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 1 fevral 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,2 faiz artaraq 861.488 olub.
Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı isə 1 faiz artaraq 58.985 təşkil edib.
Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 0,6 faiz artıb və 234.098 min olub.
Fuad Mədətov
Finss.az
