BİZNES

12 Fevral

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə artıb

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, indiyədək ölkə ərazisində 110.694 ədəd yeni nəsil NKA quraşdırılıb.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və ümumi dövriyyəyə effektiv nəzarətin təmin edilməsinə imkan yaradıb.

Məlumata görə, 2026-cı ilin yanvar ayında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 268,8 milyon manat və ya 13,3% çoxdur.

Fuad Mədətov
Finss.az