BİZNES

12 Fevral

Azərbaycanda daşınmaz əmlak alışı üzrə 3,376 mln. manat ƏDV geri ödənilib

2026-cı ilin yanvar ayında yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənilmiş ƏDV-nin 3,4 milyon manata yaxını vətəndaşlara geri qaytarılıb.

Finss.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar vasitəsilə qaytarılmış həcmi 3 milyon 376,0 min manat təşkil edib.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması mexanizmi daşınmaz əmlak bazarında şəffaflaşmanın və nağdsız ödənişlərin stimullaşdırılmasına xidmət edir.

Fuad Mədətov
Finss.az