“Facemark” və “Mutfakçı” şirkətlərinin təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, yenilikçi şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 keçiriləcək.
Finss.az xəbər verir ki, Forum “Həyat Keyfiyyəti” konsepti ilə şəhərsalma, inşaatın bünövrəsindən başlayaraq memarlığın forması, interyerin funksionallığı və mebelin yaratdığı komforta qədər bütün dəyər zəncirinə holistik yanaşma təqdim edir. “Betonun soyuqluğu ilə dərinin istiliyini” birləşdirərək insanın yaşadığı mühiti həm texniki, həm də emosional tərəfdən yenidən düşünməyə çağırır.
Tədbir 2 gün davam edərək 6 panel sessiyası və 20-dən çox spiker ilə sahənin ən aktual trendlərini, praktik həllərini və biznes imkanlarını müzakirə etməyi hədəfləyir.
Tədbir Azərbaycanın interyer dizaynı, memarlıq, inşaat və peşəkar mebel istehsalı ekosisteminin inkişafı üçün strategiya, innovasiya və əməkdaşlıq platforması rolunu oynayacaq. Peşəkar seminarlar, panel müzakirələri və şəbəkələşmə imkanları vasitəsilə iştirakçılar yerli və beynəlxalq təcrübə mübadiləsi həyata keçirəcək, yeni biznes əlaqələri quracaq və sənayedə qabaqcıl trendlərlə tanış olacaq.
Forumun birinci gün panelləri:
I Panel: Şəhər və Memarlıq
Müasir şəhərsalma prinsipləri, urban transformasiya, memarlıq vizyonu və estetik yanaşmalar müzakirə olunacaq. Şəhərlərin gələcəyi, funksional və dayanıqlı memarlıq həlləri əsas diqqət mərkəzində olacaq.
II Panel: Developer və İnşaat
Tikinti sektorunun inkişaf istiqamətləri, bazar dinamikası, investisiya perspektivləri və keyfiyyət standartları müzakirə ediləcək. Developer yanaşmaları və layihələrin idarəetmə modelləri ön plana çıxarılacaq.
III Panel: Texnologiya və Materiallar
İnşaat və interyer sahəsində innovativ texnologiyalar, yeni nəsil materiallar, davamlılıq və enerji effektivliyi mövzuları təqdim olunacaq. Sənayedə texnoloji transformasiyanın rolu ətraflı şəkildə dəyərləndiriləcək. Tədbir həm təcrübəli mütəxəssislər, həm də sahəyə yeni baş vuran gənc peşəkarlar üçün fəal iştirak, ilhamverici müzakirə və praktiki bilik artırma imkanları ilə zəngin olacaq.
Forumun birinci gün panelləri:
I Panel: İnteryer və Planlama
Məkanın funksional təşkili, planlama prinsipləri, dizayn həlləri və istifadəçi təcrübəsi müzakirə ediləcək. Estetika ilə funksionallığın balansı əsas mövzulardan olacaq.
II Panel: Mebel və Həyat Tərzi
Mebel sənayesində trendlər, istehsal yanaşmaları, brend strategiyası və həyat tərzinə uyğun dizayn anlayışı təqdim olunacaq. Məkanın xarakterini formalaşdıran elementlərə fokus ediləcək.
III Panel: Açar Təslim (Əsas Panel)
Layihələrin ideyadan icraya qədər bütün mərhələləri, koordinasiya prosesi, inteqrasiya olunmuş həllər və müştəri gözləntilərinin idarə edilməsi müzakirə ediləcək. Bu panel forumun kulminasiya nöqtəsi olaraq sektorun bütöv ekosistemini əhatə edəcək.
Qeyd edək ki, forum yalnız müzakirə platforması deyil, həm də eyni sahədə düşünən, yaradan və quruculuq edən insanların bir araya gəldiyi xüsusi bir görüş nöqtəsidir. Sizi də bu iki gün ərzində yeni ideyalarla tanış olmağa, sektorumuzun gələcəyini birlikdə müzakirə etməyə dəvət edirik.
Ətraflı məlumat və qeydiyyat üçün forumun rəsmi saytına və ya sosial hesablarına daxil ola bilərsiniz: www.imforumbaku.az
Instagram: @imforumbaku
Facebook: IM Forum Baku
LinkedIn: IM Forum Baku

