2025-ci ildə Azərbaycandan İndoneziyaya 111,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 229 min ton xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 67 milyon ABŞ dolları və ya 37,5%, həcm baxımından isə 81,8 min ton və ya 26,3% azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan İndoneziyaya 178,5 milyon ABŞ dolları dəyərində, 310,8 min ton həcmində bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunmuşdu.
Eyni zamanda, 2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac edilib. Bu ixracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azalma, fiziki həcm baxımından isə 215 min ton və ya 0,9% artım göstərib.
Ümumilikdə, 2025-ci ildə bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsullarının ixracı ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
