BİZNES

11 Fevral

TotalEnergies Niderlanddakı Zeeland NEZ üzərində tam nəzarəti ələ aldı

Finss.az - Fransanın enerji nəhəngi TotalEnergies Niderlandın Zeeland şəhərində yerləşən və gündəlik 180 min barel gücündə olan neft emalı zavodunun 100% nəzarətini əldə edib.

Şirkət zavodun Rusiyanın “Lukoil” şirkətinə məxsus 45%-lik payını geri alıb.

Mənbələrin bildirdiyinə görə, sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Zavod formal olaraq ABŞ sanksiyalarına daxil edilməsə də, mümkün reputasiya riskləri və “Lukoil”un qlobal aktiv satışına dair xəbərlər Total-ı bu addımı atmağa vadar edib.

Şirkət yaxın günlərdə maliyyə hesabatını açıqlayacaq və Avropada emal marjasında ciddi artım gözlədiyini bəyan edib.