Ölkəmizdə tədbirlərin təşkili sahəsində fəaliyyət göstərən “Facemark” şirkəti 6 fevral tarixində “SS Hall”da 15 illik yubileyini geniş proqramlı, rəsmi çərçivələrdən kənar təşkil olunmuş xüsusi gecə ilə qeyd edib.
Finss.az xəbər verir ki, yubiley tədbiri şirkətin bu illər ərzində keçdiyi inkişaf yoluna nəzər salmaq, əldə olunan uğurları bölüşmək və komanda ruhunu ön plana çıxarmaq məqsədi daşıyıb.
Şirkət 15 illik fəaliyyəti ərzində yüzlərlə tədbir və layihəyə imza ataraq ölkəmizdə peşəkar tədbir təşkili sahəsinin inkişafına əhəmiyyətli töhfə verib. Bu illər ərzində şirkət müxtəlif sektorlardan olan partnyorlarla uğurlu layihələr həyata keçirərək, hər bir tədbirin yüksək keyfiyyət və unikal təcrübə ilə yadda qalmasını təmin edib.
Tədbirin açılışında “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay qonaqları salamlayaraq, 15 ilin təkcə iş və layihələrdən ibarət olmadığını, bu yolun eyni zamanda etibar, zəhmət və dostluq üzərində qurulduğunu vurğulayıb. O, şirkətin ideyadan brendə, komandadan isə böyük bir ailəyə çevrilən yolunu xatırladaraq, bu uğurda payı olan hər kəsə təşəkkürünü bildirib.
Yubiley gecəsi çərçivəsində komanda üzvlərinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. Bununla yanaşı, tədbir boyunca maraqlı müsabiqələr, səhnə ifaları və interaktiv proqramlar təşkil edilərək qonaqlara həm əyləncəli, həm də yaddaqalan anlar yaşadılıb.
“Facemark”ın 15 illik yubiley gecəsi şirkətin bu gün əldə etdiyi mövqenin arxasında duran əsas dəyərləri – güclü komandanı, yaradıcı yanaşmanı və tədbirlərin təşkili sahəsində toplanmış zəngin təcrübəni bir daha nümayiş etdirib. Şirkət qarşıdakı illərdə də yerli və beynəlxalq miqyasda daha böyük layihələrə imza atmağı, peşəkar komandası ilə yadda qalan tədbirlər həyata keçirməyi hədəfləyir.
Şirkətin gələcək fəaliyyətində uğurlar diləyirik!














