BİZNES

09 Fevral

GL Group və SOCAR büdcə icrası və iş proqramını müzakirə ediblər

“GL Group” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) büdcənin icrası və iş proqramının yerinə yetirilməsini müzakirə ediblər.

Finss.az “GL Group”a istinadən xəbər verir ki, iclas “GL Group”un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov və SOCAR-ın Vitse-Prezidenti Babək Hüseynov rəhbərliyi ilə keçirilib.

İclasda saziş sahələrində görülmüş işlər, 2025-ci il üzrə İş Proqramu və Büdcənin icra nəticələri, eləcə də 2026-cı il üçün planlaşdırılan əməliyyat və investisiya istiqamətləri müzakirə olunub.

Səfər çərçivəsində iştirakçılar “Salyan Oyl Ltd” Əməliyyat Şirkətinin Qarabağlı yatağında yerləşən 6-cı sahəyə, Kürsəngi yatağında yeni istismara verilmiş neft quyusuna, həmçinin hazırda qazma işləri aparılan neft quyusuna baxış keçiriblər.

Keçirilən görüş “GL Group” və SOCAR arasında strateji əməkdaşlığın genişləndirilməsi, istehsalat səmərəliliyinin artırılmasıbirgə layihələrin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunur ki, GL Group Azərbaycanda beş neft-qaz yatağını istismar edir: Salyan rayonunda yerləşən “Kürsəngi” və “Qarabağlı” yataqları, Abşeron yarımadasında isə “Buzovna–Maştağa”, “Qala”“Zirə” yataqları. Qrupun portfelinə “Salyan Oil Limited”“Taghiyev Operating Company” əməliyyat şirkətləri, eləcə də neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” daxildir.

GL Group ilk beynəlxalq layihəsi çərçivəsində 2024-cü ildə Türkiyənin Frakiya hövzəsində yüksək perspektivli qaz lisenziyasına sahib Kanadanın “Gazelle Energy Limited” şirkətində 25% pay əldə edib.