2025-ci ildə Azərbaycanda 209 min ton asfalt istehsal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 30,4% artım deməkdir.
Təkcə dekabr 2025-ci ildə ölkədə 38,6 min ton asfalt istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 24% azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda asfalt istehsalı 141,8 min ton təşkil etmişdi ki, bu da 2023-cü illə müqayisədə 15,4% azalma deməkdir.
Fuad Mədətov
Finss.az
