2025-ci ildə SOCAR CAPE tərəfindən ixrac əməliyyatlarından əldə olunan gəlirlər 731,1 min ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın yanvar sayında məlumat verilib. Bildirilib ki, SOCAR CAPE-in ixrac gəlirləri 2024-cü ilin göstəriciləri ilə müqayisədə 674,9 min ABŞ dolları, yəni təxminən 13 dəfə artıb.
Məlumata görə, 2024-cü ildə SOCAR CAPE-in ixracdan əldə etdiyi gəlirlər 56,2 min ABŞ dolları səviyyəsində olub.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi rəhbərlik edir. Siyahıda, həmçinin “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, ARDNŞ-nin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “İstisu” mineral su zavodu MMC də yer alıb.
Fuad Mədətov
Finss.az
