2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxracı İdarəsi 61,7 milyon ABŞ dolları dəyərində ixrac gəliri əldə edib.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, 2024-cü il üzrə SOCAR-ın Qaz İxracı İdarəsinin ixrac gəlirləri barədə məlumat dərc olunmayıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.
SOCAR-ın Qaz İxracı İdarəsi aşağıdakı dövlət şirkətləri ilə birlikdə qeyri-neft ixracatçıları sırasındadır:
- SOCAR Polymer MMC
- AzerGold QSC
- Azəralüminium MMC
- Azərpambıq Aqrar Sənaye Kompleksi MMC
- SOCAR-DALĞIC MMC
- Azərbaycan Dəmir Yolları QSC
- Naxçıvan MR Dövlət Energetika Xidməti
- İstisu mineral su zavodu MMC
Fuad Mədətov
Finss.az
