BİZNES

06 Fevral

''SOCAR - Dalğıc''ın ixrac gəlirləri açıqlanıb

2025-ci ildə SOCAR DALĞIC MMC 1,9 milyon ABŞ dolları dəyərində ixrac gəliri əldə edib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, 2024-cü il üzrə SOCAR DALĞIC-ın ixrac gəlirləri barədə məlumat dərc olunmayıb.

İİTKM məlumatına əsasən, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. SOCAR DALĞIC bu siyahıda aşağıdakı dövlət şirkətləri ilə birlikdə yer alır:

  • SOCAR Polymer MMC
  • AzerGold QSC
  • Azəralüminium MMC
  • ARDNŞ Qaz İxrac İdarəsi
  • Azərpambıq Aqrar Sənaye Kompleksi MMC
  • Azərbaycan Dəmir Yolları QSC
  • Naxçıvan MR Dövlət Energetika Xidməti
  • İstisu mineral su zavodu MMC

Fuad Mədətov
Finss.az