BİZNES

06 Fevral

Azərbaycanın qeyri-neft sektoru ixracında mis filizlərinin payı yüksəlib

2025-ci ildə Azərbaycandan 56,8 milyon ABŞ dolları dəyərində mis filizləri və konsentratları ixrac edilib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 54,7 milyon ABŞ dolları və ya 27 dəfə artım deməkdir. Belə ki, 2024-cü ildə Azərbaycanın ixracı cəmi 2,1 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 3,6 milyard ABŞ dollarına çataraq 2024-cü illə müqayisədə 8,1% artıb. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac isə 18,4% artaraq 1,2 milyard ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az