BİZNES

06 Fevral

SOCAR-ın idarəsinin ixracı 373,9 milyon ABŞ dolları olub

2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ (SOCAR)) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 373,9 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 35,9 milyon ABŞ dolları və ya 8,8% azalma deməkdir.

2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dolları səviyyəsinə çatıb.

2025-ci ilin yanvar–dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər yer alıb:

  • "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi
  • "Prime Cotton” MMC
  • "Baku Steel Company" QSC
  • "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC
  • “TABATERRA” QSC
  • “STP Alüminium” MMC
  • "Export Stream" MMC
  • "P-AQRO" MMC
  • "KHAN-EL" MMC
  • “AGRARCO” MMC

Dövlətə məxsus şirkətlərin qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirakında ARDNŞ Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunub:

  • “SOCAR Polymer” MMC
  • “AzerGold” QSC
  • “Azəralüminium” MMC
  • ARDNŞ-nin Qaz İxrac İdarəsi
  • "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC
  • “Socar-Dalğıc” MMC
  • "İstisu" mineral su zavodu MMC
  • "Azərbaycan Dəmir Yolları" QSC
  • “SOCAR CAPE” MMC

Fuad Mədətov
Finss.az