BİZNES

06 Fevral

"Azəralüminium" MMC-nin ixracı artıb

2025-ci ildə "Azəralüminium" MMC 151,1 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 15,7 milyon ABŞ dolları və ya 11,6% artım deməkdir.

2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər yer alıb:

  • "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi
  • "Prime Cotton” MMC
  • "Baku Steel Company" QSC
  • "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC
  • “TABATERRA” QSC
  • “STP Alüminium” MMC
  • "Export Stream" MMC
  • "P-AQRO" MMC
  • "KHAN-EL" MMC
  • “AGRARCO” MMC

Fuad Mədətov
Finss.az