2025-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 1,2 milyon dollar və ya 5,6 dəfə çoxdur.
Məlumatda vurğulanır ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Xüsusilə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard dollar səviyyəsinə çatıb.
Fuad Mədətov
Finss.az
