BİZNES

06 Fevral

Azərbaycandan ötən il 170,8 milyon dollar dəyərində karbamid ixrac edilib

2025-ci ildə Azərbaycandan 170,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,6 milyon dollar və ya 35,3% artım deməkdir.

Təkcə dekabr ayında isə Azərbaycan 7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 47,8% azalma deməkdir.

Məlumatda qeyd olunur ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Xüsusilə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard dollar səviyyəsinə çatıb.

Fuad Mədətov
Finss.az