2025-ci ildə Azərbaycandan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 114,4 milyon dollar və ya 54% artım deməkdir.
Təkcə dekabr ayında isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9% artım deməkdir.
Məlumatda qeyd olunur ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Xüsusilə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard dollar səviyyəsinə yüksəlib.
Fuad Mədətov
Finss.az
