BİZNES

02 Fevral

Biznes Mərkəzi Klubu “İlin Qala Gecəsi”ni keçirdi!

Finss.az - 28 yanvar 2026-cı il tarixində Bakı şəhərində, Nizami Kino Mərkəzində “Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə ilin ən nüfuzlu biznes tədbirlərindən biri — “İlin Qala Gecəsi” keçirilib. Tədbirdə 300-dən artıq sahibkar, yerli və xarici şirkət rəhbərləri, dövlət qurumlarının nümayəndələri, investorlar və media təmsilçiləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirli ötən il ərzində həyata keçirilən yerli və beynəlxalq layihələrdən, eləcə də 2026-cı il üçün planlaşdırılan strateji hədəflərdən danışıb. O, klubun Türkiyə nümayəndəliyi ilə yanaşı, Avropa nümayəndəliyinin də yaxın zamanda fəaliyyətə başlayacağını vurğulayıb.

Gecə çərçivəsində “Biznes Mərkəzi Klubu” ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum aqrar sahədə innovativ yanaşmaların təşviqi, sahibkarlığın inkişafı və birgə layihələrin icrasını nəzərdə tutur. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək mərkəzin fəaliyyəti və görülən işlər barədə məlumat verib, imzalanan memorandumun hər iki tərəf üçün uğurlu əməkdaşlığa zəmin yaradacağını bildirib.

Mükafatlandırma mərasimində bankçılıq, maliyyə, ticarət, HR, media, startap və sahibkarlıq sahələri üzrə müxtəlif nominasiyalar üzrə qaliblər elan olunub:

  • “İlin rəsmi tərəfdaşı” – Aqrar İnnovasiya Mərkəzi (Mükafatı almaq üçün səhnəyə Mərkəzin direktoru Anar Cəfərov dəvət edilib)
  • “İlin Bankı” – Birbank (Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktor müavini Elçin Mustafayev)
  • “İlin şirkəti” – Prior Leasing (Kifayət Ağalarova, icraçı direktor)
  • “İlin Şirkətlər Qrupu” – Veysəloğlu Şirkətlər Qrupu (Sənubər Nəzərova)
  • “İlin Marketlər Şəbəkəsi” – OBA Marketlər Şəbəkəsi (Aynur Qaraqurbanlı)
  • “İlin Ticarət Mərkəzi” – Abşeron Ticarət Mərkəzi (Strategiya və Performans meneceri Tərxan Abdullayev)
  • “İlin iş adamı”Sakit Səmədov
  • “İlin uğurlu sahibkarı”Aslan Abbaszadə
  • “İlin HR şirkəti” – Azərbaycan HR İnstitutu
  • “İlin iqtisadçı eksperti”Vüqar Oruc
  • “İlin etibarlı maliyyə tərəfdaşı” – Qanun Mühasibatlıq Xidmətləri
  • “İlin seçilən sahibkarı”Xanoğlan Ramazanov
  • “İlin uğurlu yerli və beynəlxalq startap layihəsi”Gbaru.com
  • “İlin gənc şirkəti” – Sayman Consulting
  • “İlin uğurlu layihə rəhbəri”Səftər Quliyev
  • “İlin Media Tərəfdaşı”Araz FM
  • “İlin Media Tərəfdaşı”Xəzər FM
  • “İlin Dinamik Televiziyası”Biznes TV
  • “Fermerin real dostu”Ruslan Zeynal

Qeyd edək ki, tədbirin media tərəfdaşlarından biri Finss.az xəbər portalıdır.