Finss.az - 2025-ci il ərzində Azərbaycan-Böyük Britaniya ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 67,7 faiz artaraq 1,14 milyard dolları ötüb. Bu göstərici ölkənin xarici ticarət dövriyyəsində Böyük Britaniyanın əhəmiyyətini artırıb.
Hesabat ilinin nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 2,3 faiz təşkil edib. Ekspertlər bildirirlər ki, artan ticarət həcmi iki ölkə arasında iqtisadi əlaqələrin gücləndiyini və əməkdaşlıq perspektivlərinin genişləndiyini göstərir.
Mənbə: Dövlət Gömrük Komitəsi
