Finss.az - 2025-ci il ərzində Azərbaycan 36 min tona yaxın nar ixrac edərək ölkəyə 35,3 milyon dollar gəlir gətirib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 18,6 faiz, həcm ifadəsində isə 6 faiz artım deməkdir.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, narın ümumi ixracdakı xüsusi çəkisi 0,14 faiz, qeyri-neft məhsullarının ixracındakı payı isə 0,97 faiz təşkil edib.
Mütəxəssislər bildirirlər ki, Azərbaycan narının ixrac həcminin artması ölkənin kənd təsərrüfatı məhsullarının dünya bazarlarında rəqabət qabiliyyətinin yüksəlməsini göstərir.
