BİZNES

02 Fevral

Azərbaycan İrlandiyaya xam neft ixracını 2,1 dəfə artırıb

2025-ci ildə Azərbaycan İrlandiyaya 577,1 min ton xam neft və neft məhsulları ixrac edib, dəyəri 289,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilə nisbətən həcmdə 2,4 dəfə, dəyərdə isə 2,1 dəfə artım deməkdir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə Azərbaycandan İrlandiyaya ixrac olunan bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsullarının həcmi 577,1 min ton, dəyəri isə 289,7 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu ölkəyə ixrac 236,6 min ton, dəyəri isə 139,8 milyon ABŞ dolları təşkil etmişdi.

Hesabat ilində Azərbaycandan dünyanın 21 ölkəsinə xam neft və neft məhsulları ixrac olunub. Ümumilikdə, ixrac həcmi 23,4 milyon ton, dəyəri 12,1 milyard ABŞ dolları olub.

Rəsmi statistikaya görə, 2024-cü illə müqayisədə ölkənin ixracı dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azalaraq, fiziki həcm baxımından isə 215 min ton və ya 0,9% artıb.

Qeyd olunur ki, 2025-ci ildə bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları Azərbaycanın ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az