2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə – 1,221 milyard kVt/saat elektrik enerjisi ixrac olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan ümumi gəlir 69,7 milyon ABŞ dolları təşkil edib.
Türkiyə ixracın əsas hədəfi olaraq qalır. Ötən il Türkiyəyə elektrik enerjisi ixracı 174,008 milyon kVt/saat və ya 41,4% artım göstərib. Dəyər baxımından isə artım 9,3 milyon ABŞ dolları, yəni 34,9% təşkil edib.
Eyni dövrdə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib. Bu idxalın dəyəri isə 7,2 milyon ABŞ dolları olub.
Fuad Mədətov
Finss.az
