BİZNES

30 Yanvar

Azərbaycandan Böyük Britaniyaya 337 milyon ABŞ dolları dəyərində neft ixrac edilib

2025-ci ildə Azərbaycandan Böyük Britaniyaya 337 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulları ixrac edilib. Məhsulun ümumi həcmi 648,3 min ton olub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə dəyər baxımından 59,1 milyon dollar və ya 14,9%, həcm baxımından isə 11,7 min ton və ya 1,8% azalıb.

2024-cü ildə Böyük Britaniyaya ixrac 396,1 milyon dollar dəyərində və 660 min ton həcmində olmuşdu. Hesabat dövründə Böyük Britaniya Azərbaycandan ixrac olunan neft və neft məhsulları üzrə ölkələr arasında 9-cu yerdə qərarlaşıb.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edilib, ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 16,2% azalma, fiziki həcm baxımından isə 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Beləliklə, bu məhsulların ixracı ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az