Finss.az - 2025-ci il ərzində Azərbaycan təqribən 187,5 min ton xurma ixrac edərək 144,2 milyon dollar dəyərində satış həyata keçirib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu göstəricilər 2024-cü illə müqayisədə dəyər ifadəsində 26,8%, həcm üzrə isə 21,5% artım deməkdir.
Hesabat dövründə xurmanın ümumi ixracdakı xüsusi çəkisi 0,58%, qeyri-neft məhsullarının ixracındakı payı isə 3,97% təşkil edib.
Ekspertlər qeyd edirlər ki, xurmanın ixracının artması həm daxili istehsalın yüksəlməsi, həm də xarici bazarlarda məhsula olan tələbin artması ilə bağlıdır.
