BİZNES

29 Yanvar

Qarabağ və Şərqi Zəngəzur sahibkarlıq subyektlərinin sayı artıb

2026-cı ilin yanvarın 1-i tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 591 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti fəaliyyət göstərib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 351 vahid (6,7%) artım deməkdir.

Hesabat ilində mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 4 174, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 968 olub. Bu göstəricilər ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2%0,5%-ni təşkil edir.

Kiçik sahibkarlıq subyektləri Qarabağ iqtisadi rayonunda 248 (ümumi saya görə 2%), Şərqi Zəngəzurda isə 56 (0,4%) təşkil edib.

Orta sahibkarlıq subyektləri Qarabağda 107 (2,5%), Şərqi Zəngəzurda 20 (0,5%) olub. Hesabat dövründə iri sahibkarlıq subyektləri Qarabağda 13 (1,3%), Şərqi Zəngəzurda isə 5 (0,5%) təşkil edib.

1 yanvar 2026-cı il tarixinə Qarabağ iqtisadi rayonunda 92 276, Şərqi Zəngəzurda isə 7 637 fərdi sahibkar fəaliyyət göstərib. Bu göstəricilər ümumi saya görə müvafiq olaraq 6,3%0,5%-ni təşkil edir.

Fuad Mədətov
Finss.az