BİZNES

29 Yanvar

Azərbaycandan Hindistana ixrac olunan xam neft və neft məhsulları 335 min ton olub

2025-ci ildə Azərbaycandan Hindistana ixrac olunan bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsullarının həcmi 335 min ton, dəyəri isə 167,3 milyon ABŞ dolları olub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstəricilər 2024-cü illə müqayisədə ciddi azalma nümayiş etdirir: dəyər ifadəsində 77%, həcm baxımından 71,3% azalıb.

2024-cü ildə Hindistana ixrac olunan məhsulun həcmi 1,169 milyon ton, dəyəri isə 729,8 milyon ABŞ dolları təşkil edib.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə ümumilikdə 23,4 milyon ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları göndərilib. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları olub.

Dəyər baxımından 2024-cü ilə nisbətən göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalma göstərsə də, fiziki həcm 215 min ton və ya 0,9% artıb.

Qeyd olunur ki, 2025-ci ildə bu məhsullar ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az