BİZNES

29 Yanvar

Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” keçirilir

Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” təşkil olunub.

Finss.az xəbər verir ki, tədbir Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Kapital Bazarları Assosiasiyası, Azərbaycan Mikromaliyyə AssosiasiyasıBakı Fond Birjasının birgə təşkilatçılığı ilə keçirilib.

Forumun əsas məqsədi bank olmayan kredit təşkilatları (BOKT) ilə kapital bazarları iştirakçıları arasında birbaşa dialoq mexanizmi yaratmaqdır. Tədbir çərçivəsində regionlarda fəaliyyət göstərən BOKT-lər maliyyə göstəricilərini, biznes modelləriniinvestisiya təkliflərini potensial investorlarla paylaşacaq.

Tədbirdə Mərkəzi Bank və digər tənzimləyici qurumların nümayəndələri iştirak edərək sektorda mövcud investisiya mühititənzimləyici çərçivəni açıq müzakirəyə çıxarıb. Forum investorlarla BOKT-lər arasında əməkdaşlığı gücləndirən və konkret investisiya imkanlarının müəyyənləşdirilməsinə xidmət edən mühüm platforma kimi qiymətləndirilir.

Fuad Mədətov
Finss.az