2025-ci ildə Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində 281,1 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 54,8 milyon ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımından 128,5 min ton və ya 1,8 dəfə çoxdur.
Qeyd olunur ki, Fransa 2025-ci ildə Azərbaycandan ən çox neft ixrac edən ölkələr arasında 12-ci yerdə qərarlaşıb.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Bildirilib ki, bu məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
