BİZNES

28 Yanvar

Rəşad Nəbiyev Dünya Bankının direktoru ilə infrastruktur layihələrini müzakirə edib

Finss.az - Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə infrastruktur direktoru Çarlz Kormier ilə görüş keçirib.

Görüş zamanı AZCON Holding-ə aid qurumlarla həyata keçirilən layihələrin icrasında Dünya Bankının iştirak imkanları müzakirə edilib.

Xüsusilə Orta Dəhliz, limanın ikinci fazasının tikintisi və şəhər nəqliyyatı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.