Finss.az - 2025-ci il ərzində Azərbaycan 59,6 milyon ABŞ dolları dəyərində və 956,9 min tondan çox hazır və ya klinker formasında sement ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 12,3%, həcm ifadəsində isə 12,5% çoxdur.
Hesabat dövründə sementin ümumi ixracdakı xüsusi çəkisi 0,24%, qeyri-neft məhsullarının ixracında payı isə 1,64% təşkil edib.
