BİZNES

28 Yanvar

2025-ci ildə Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsi 1,9 dəfə artıb

Finss.az - 2025-ci il ərzində Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 1,9 dəfə artaraq 182,1 milyon dolları keçib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ-nin payı 0,36 faiz təşkil edib.

Bu barədə məlumat Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanıb.