2025-ci ildə Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 812,6 manat təşkil edib.
Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5,2% artıb.
Qeyd olunur ki, 2025-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,782 milyon nəfər olub, onlardan 865,7 min nəfəri dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bundan əlavə, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1,086,3 manat təşkil edib.
