BİZNES

28 Yanvar

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 35,3 milyon manat olub

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 35,3 milyon manat təşkil edib.

Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,9% azalıb.

Qeyd olunur ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, ümumi ölkə üzrə 2025-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 3,464 milyard manat təşkil edib ki, bunun da 70,7%-i əhali tərəfindən istehlak olunub.

Sahədən əldə olunan gəlirin 33,7%-i, yəni 1,166,3 milyon manat, mobil telefon rabitəsi sahəsində formalaşıb.

Fuad Mədətov
Finss.az