2025-ci ildə Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1,366 milyard manat təşkil edib.
Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 4% artım göstərib.
Eyni zamanda hesabat ilində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 198,5 milyon manat olub, bu da 2024-cü il göstəricisinə nisbətən 0,3% artım deməkdir.
Fuad Mədətov
Finss.az
