2025-ci il ərzində Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri vasitəsilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql olunub.
Finss.az Türkiyənin BOTAŞ şirkətinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ildə bu göstərici 224,142 milyon barel təşkil etmişdi, beləliklə, nəql olunan neftin həcmi 7,9% azalıb.
2025-ci ilin dekabr ayında Türkiyə ərazisindən BTC kəməri ilə 17,319 milyon barel neft nəql olunub, bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə (20,081 milyon barel) təxminən 1,2 dəfə azdır.
BTC Co. şirkətinin səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).
Fuad Mədətov
Finss.az
