2025-ci ilin noyabr-dekabr aylarında Azərbaycandan İspaniyaya təqribən 38,585 milyon ABŞ dolları dəyərində, 82,576 min ton həcmində bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac edilib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin noyabr ayında Azərbaycan fasilədən sonra İspaniyaya neft və neft məhsullarının ixracını bərpa edib, öncəki tədarüklər isə 2024-cü ilin dekabr ayında qeydə alınmışdı.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton məhsul ixrac olunub, ixracın ümumi dəyəri isə 12,1 milyard ABŞ dolları təşkil edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, fiziki həcm baxımından isə 215 min ton və ya 0,9% artım qeydə alınıb.
Hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft (431,9 milyon ABŞ dolları) ilə yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artım deməkdir.
Qeyd olunan məhsulların ölkənin ümumi ixracındakı payı 2025-ci ildə 1,72% təşkil edib.
Fuad Mədətov
Finss.az
