2025-ci ildə Azərbaycandan Rumıniyaya 598,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 1,122 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 160,7 milyon ABŞ dolları və ya 36,7%, həcm baxımından isə 371,8 min ton və ya 49,6% artım deməkdir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Rumıniyaya 437,8 milyon dollar dəyərində 750,2 min ton neft və neft məhsulları ixrac edilmişdi. Hesabat dövründə Rumıniya ən çox Azərbaycan nefti idxal edən ölkələr sırasında dördüncü yerdə qərarlaşıb.
2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə 23,4 milyon ton həcmində bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 2,4 milyard ABŞ dolları və ya 16,2% az, fiziki həcm baxımından isə 215 min ton və ya 0,9% artım göstərir.
İxrac olunan məhsullar ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib. Hesabat dövründə Azərbaycandan 735,8 min ton xam neft (431,9 milyon ABŞ dolları dəyərində) ilə yanaşı, bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin tərkibində kütlə üzrə 70% və daha çox neft və ya neft məhsulları olan məhsullar da ixrac olunub. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 97 milyon ABŞ dolları və ya 29%, fiziki həcmdə isə 198,2 min ton və ya 36,9% artım göstərib. Sözügedən məhsulların ölkənin ümumi ixracında payı 1,72%-dir.
Fuad Mədətov
Finss.az
