2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Gürcüstana təqribən 493,980 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir təqribən 28,501 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Gürcüstana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 643,9 milyon kVt/saat və ya 2,3 dəfə, dəyər ifadəsində isə 29,805 milyon ABŞ dolları və ya 2 dəfə azalıb.
Eyni zamanda, 2025-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 3,252 milyon ABŞ dolları dəyərində, 50,034 milyon kVt/saat həcmində elektrik enerjisi idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 442 min ABŞ dolları və ya 15,7%, həcm baxımından isə 6,8 milyon kVt/saat və ya 15,7% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə ümumilikdə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat elektrik enerjisi ixrac olunub. Həmçinin, hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində, 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.
Fuad Mədətov
Finss.az
