BİZNES

28 Yanvar

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri 2,6 milyard dollara yaxın olub

2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 2,565 milyard ABŞ dolları dəyərində 2,681 milyon ton yük daşınıb.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 83 milyon ABŞ dolları və ya 3,1%, həcm baxımından isə 128 min ton və ya 4,6% azalıb.

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 171,5 milyon ABŞ dolları dəyərində 261,5 min ton yük ixrac olunub. Bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 74,3 milyon ABŞ dolları və ya 76,4%, həcm ifadəsində isə 166 min ton və ya 2,7 dəfə artım deməkdir.

2025-ci ildə Azərbaycana dəniz nəqliyyatı ilə idxal olunan yüklərin həcmi isə azalıb. Belə ki, hesabat dövründə ölkəyə 2,393 milyard ABŞ dolları dəyərində 2,419 milyon ton yük idxal edilib. Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 157 milyon ABŞ dolları və ya 6,2%, həcm baxımından isə 293 min ton və ya 10,8% az olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda bütün nəqliyyat vasitələri ilə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində 58,338 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,811 milyard ABŞ dolları və ya 3,8% artım, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri ilə ümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük ixrac olunub. Bu göstərici dəyər baxımından 42 milyon ABŞ dolları və ya 0,9%, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azalıb.

Fuad Mədətov
Finss.az