BİZNES

27 Yanvar

ADNOC-un baş direktoru qlobal neft tələbatının 2040-cı ilə qədər gündə 100 milyon bareli keçəcəyini gözləyir

Finss.az xəbər verir ki, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) baş direktoru Sultan Əhməd Əl-Caberin sözlərinə görə, qlobal neft tələbatı 2040-cı ilə qədər gündə 100 milyon bareli keçəcək, mayeləşdirilmiş təbii qaz və elektrik enerjisinə tələbat isə 50% və ya daha çox artacaq. Reuters agentliyinin məlumatına görə, o, bu açıqlamanı Hindistan Enerji Həftəsi tədbirində verib.

Əl-Caber izah edib ki, elektrik enerjisinə tələbatın artması süni intellekt infrastrukturunun, məlumat mərkəzlərinin və soyutma sistemlərinin enerji ilə təmin edilməsi zərurəti ilə əlaqədar olacaq.