2025-ci ildə Azərbaycan 12,1 milyard ABŞ dollarından çox dəyərində təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 milyard dollar (16,2%) azalma, həcm baxımından isə 215 min ton (0,9%) artım qeydə alınıb.
Yanvar–noyabr ayları üzrə ən çox Azərbaycan nefti idxal edən ölkələrin ilk üçlüyü belə olub:
- İtaliya: 13,1 milyon ton, 6,7 milyard dollar
- Çexiya: 1,4 milyon ton, 742,2 milyon dollar
- Xorvatiya: 1,3 milyon ton, 666,6 milyon dollar
Azərbaycanın xam neft və neft məhsullarını idxal edən digər ölkələr (2025-ci il üzrə ilk onluq):
| Ölkə | İdxal həcmi (ton) | İdxal dəyəri (ABŞ dolları) |
|---|---|---|
| Rumıniya | 1 122 056 | 598 454 150 |
| Almaniya | 956 716 | 502 018 650 |
| Portuqaliya | 803 374 | 430 730 820 |
| Yunanıstan | 702 355 | 367 729 040 |
| Böyük Britaniya | 648 255 | 336 954 560 |
| İrlandiya | 577 057 | 289 696 230 |
| Tunis | 432 029 | 227 895 520 |
Qeyd edək ki, Azərbaycandan neft Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərləri vasitəsilə nəql olunur. Hazırda Bakı–Supsa boru kəməri ilə nəql prosesi dayandırılıb.
Fuad Mədətov
Finss.az
