BİZNES

27 Yanvar

ARDNF-in istiqraz və pul bazarı alətləri portfelində “AA” reytinqli alətlərin payı 38,2%-ə çatıb

2026-cı ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 38,2%-i “AA” reytinqli olub.

Bu barədə Finss.az-a ARDNF-dən məlumat verilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz bənd artım deməkdir.

Hesabat dövründə Fond “AAA” reytinqli alətlərin payını 22,5%-dən 21,3%-ə endirib, əvəzində isə:

  • “A” reytinqli alətlərin payı: 17%-dən 26,7%-ə yüksəlib
  • “BBB” reytinqli alətlərin payı: 10,9%-dan 12,9%-a artıb
  • Qeyri-investisiya dərəcəli alətlərin payı: 0,4%-dən 0,9%-a yüksəlib

Hesabat tarixinə ARDNF-in istiqraz və pul bazarı alətlərinin müddət üzrə payı belə formalaşıb:

  • 0–1 il: 12,7% (ötən il 17%)
  • 1–3 il: 32,2% (ötən il 29,3%)
  • 3–5 il: 29,1% (ötən il 26,4%)
  • 5 ildən artıq: 26,1% (ötən il 27,3%)

Bu göstəricilər ARDNF-in istiqraz və pul bazası portfelinin reytinq və müddət baxımından diversifikasiya strategiyasını əks etdirir.

Fuad Mədətov
Finss.az