2026-cı ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 73,540 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az-a ARDNF-dən məlumat verilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 milyard ABŞ dolları və ya 22,5% artım deməkdir.
Hesabat dövrünə ARDNF investisiyalarının 70,4%-i və ya 51,772 milyard dollar ABŞ valyutasında yerləşir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,9 faiz bəndi artım deməkdir.
Eyni zamanda investisiya portfelində valyuta payları belə dəyişib:
- Avro: 17,5% (10,926 milyard avro), əvvəlki il 21,1%
- İngilis funt sterlinqi: 4,9% (2,659 milyard funt), illik müqayisədə 1,4 faiz bənd artım
- Çin yuanı: 2,2% (11,447 milyon dollar ekvivalentində), 0,4 faiz bənd azalma
- Yapon yeni: 1,3% (150,940 milyon), 1,3 faiz bənd azalma
- Digər xarici valyutalar: 3,7% (2,164 milyard dollar ekvivalentində), 2,3 faiz bənd artım
Bu göstəricilər göstərir ki, ARDNF investisiya portfeli 2026-cı ilin əvvəlində diversifikasiya və valyuta balansı baxımından stabillik nümayiş etdirir.
Fuad Mədətov
Finss.az
