BİZNES

27 Yanvar

ARDNF investisiya portfelinin ümumi dəyəri 73,540 milyard ABŞ dolları olub

2025-ci ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın payı 38,2%-ə yüksəlib.

Bu barədə Finss.az-a ARDNF-dən məlumat verilib.

Məlumata görə, istiqrazlar və pul bazarı alətlərinin payı 29,8%-ə düşüb, bu isə əvvəlki ilə nisbətən 17,1 faiz bəndi azalma deməkdir.

Hesabat dövründə ARDNF investisiya portfelində səhmlərin payı 25,6%, yəni illik müqayisədə 1 faiz bəndi azalma qeydə alınıb.

Daşınmaz əmlak və infrastrukturun payı 0,5 faiz bəndi artaraq 6,4%-ə çatıb.

Fondun investisiya portfelinin ümumi dəyəri 73,540 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 milyard ABŞ dolları və ya 22,5% artım deməkdir.

Fuad Mədətov
Finss.az