2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 200 tona çatdırıb.
Bu barədə Finss.az-a ARDNF-dən məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 53,4 ton və ya 36,4% artım deməkdir.
2025-ci ilin yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 38,2% olub.
Fondun açıqlamasında bildirilir ki, mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bu isə ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlərin formalaşmasına səbəb olub.
Fuad Mədətov
Finss.az
