BİZNES

27 Yanvar

ARDNF-in büdcə transfertləri 13,3% artıb

2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozla eyni olaraq 14,481 milyard manat transfert edib.

Bu barədə Finss.az-a ARDNF-dən məlumat verilib.

Xatırladaq ki, bu göstərici 2024-cü illə müqayisədə 13,3% çoxdur.

2025-ci ilin yanvar–dekabr aylarında icrası davam edən layihələrə 105,5 milyon manat vəsait yönəldilib:

  • “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”: 18,6 milyon manat
  • “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”: 86,9 milyon manat

İdarəetmə xərcləri isə hesabat dövrü üzrə 40,7 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az