2025-ci ilin yanvar–dekabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10,266 milyard manat olub.
Bu barədə Finss.az-a ARDNF-dən məlumat verilib.
Məlumata görə, bu göstərici illik müqayisədə 1,977 milyard manat və ya 16,1% azalma deməkdir.
Hesabat dövründə ARDNF-in gəlirləri aşağıdakı kimi formalaşıb:
- Mənfəət neftinin və qazın satışından: 9,497 milyard manat
- Bonus ödənişləri və tranzit gəlirləri: 765,7 milyon manat
- Akrhesabı ödənişlər: 3,6 milyon manat
Qeyd edək ki, 2025-ci ildə ARDNF-ə AÇG yatağından 8,293 milyard manat, Şahdəniz yatağından (qaz və kondensat) 958,8 milyon manat məbləğində vəsait daxil olub.
Fuad Mədətov
Finss.az
