Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə 60,031 milyard ABŞ dolları (102,053 milyard manat) təşkil edib.
Bu barədə Finss.az-a ARDNF-dən məlumat verilib.
Məlumata görə, ilin sonuna – 31 dekabr 2025-ci il – aktivlər 22,5% artaraq 73,541 milyard ABŞ dolları (125,020 milyard manat) səviyyəsinə çatıb.
2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-in ümumi gəlirləri 37,594 milyard manat təşkil edib. Bu dövrdə Fondun büdcə gəlirləri 17,160 milyard manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan büdcədənkənar gəlirlər isə 20,434 milyard manat olub.
Hesabat dövründə ARDNF-in büdcə xərcləri 14,627 milyard manat təşkil edib.
Fuad Mədətov
Finss.az
